Sərbəst Auditor Ramil Ağayev-in apardığı audit yoxlamasına əsasən keçən ilin cari dövrü ərzində Bank Olmayan Kredit Təşkilatının (BOKT) kredit portfeli və müştərilərinin sayı ötən illə müqayisədə 39% azalıb.
Ötən maliyyə ilinin sonuna cəmiyyətin aktivləri cəmi 36% azalaraq, 557,433.00 AZN, öhdəliklərin cəmi isə 343,284 AZN təşkil edib.
Ümumi kredit portfeli azalaraq – 492,610 AZN olub. BOKT-nin ötən maliyyə ilinin sonuna kredit portfelinin 89% hissəsi istehlak kreditləri, 7% hissəsi korporativ kreditlər, 4% hissəsi Ticarət və Xidmət sektoruna yönəldilmiş kreditləri təşkil edir.
Bu müddət ərzində müştərilərin 15% -ni qadınlar təşkil edib.