9 C
Baku
Friday, December 13, 2024

“Son 15 ildir Azərbaycanda balıq ehtiyatları azalıb”

“Azərbaycanda son 15 ildir balıq ehtiyatları azalıb”.

Report agentliyi xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, son illər balıq ehtiyatlarının artırılması ilə bağlı daha effektiv tədbirlər görülür: “Məsələn, əvvəllər balıqartırma müəssisələrində balıqlar yetişdirilərkən 1 qram çəkidə dənizə buraxılırdı. Bu balıqların isə yaşaması 1 faiz idi. Amma indi bu belə deyil”.

H.Əlizadə bildirib ki, bu yaxınlarda nazirliyin balıqartırma təsərrüfatında yetişdirilən 5-10 qram çəkidə balıq körpələri Kürə buraxılıb: “Onların yaşama ehtimalı 70-80 faizdir. Bununla da biz kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk. Yetişdirilib buraxılan 100 qramlıq balıqların yaşama ehtimalı 90-100 faizdir”.

Hikmət Əlizadə balıq ehtiyatlarının azaldılmasının digər səbəblərini də açıqlayıb: “Göllərin çirklənməsi və digər hallar balıq ehtiyatlarını azaldır. Bunun səbəblərindən biri də insan amilidir. Məsələn, ovçular müəyyən dövrlərdə heyvanlara güllə atmır. Yəni heyvanların balalama vaxtlarında ov etmir. Amma balıqçılar belə deyil. Brokanyerlər bütün fəsillərdə balıq tutur. Bununla bağlı maarifləndirmə aparmaq lazımdır

Son xəbərlər
Digər xəbərlər