2020-ci ildə Azərbaycanda 83,3 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir.
Report agentliyi bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
Sənədlərə əsasən, bu, 2019-ci ildə gözlənilən ÜDM-lə müqayisədə 3% çoxdur.
O cümlədən gələn il qeyri-neft sektoru üzrə ÜDM-in dəyərinin 3,8% artaraq 54,6 milyard manata çatacağı proqnozlaşdırılır.