2020-ci ildə mədən vergisi üzrə daxilolmalar 134,5 mln. manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 1,5 mln. manat və ya 1,1% çoxdur.
Banker.az xəbər verir ki, Azərbaycanın 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, həmin məbləğin 96,7%-i və ya 130 mln. manatı neft sektorunun, 3,3%-i və ya 4,5 mln. manatı qeyri-neft sektorunun payına düşür.
Sənədə əsasən, neft sektoru üzrə mədən vergisi növbəti il üzrə Dövlət Neft Şirkətinin (SOCAR) özünün istismar etdiyi yataqlardan əldə olunan neft və təbii qazın hasilat həcmləri nəzərə alınmaqla proqnozlaşdırılıb