2019-cu il oktyabrın 14-də Abhijit Banerjee, Esther Duflo və Michael Kremer iqtisadçıları İsveç Akademiyası tərəfindən Nobel mükafatına layiq görülüblər.
Banerjee və Duflo Massaçuseç Texnologiya Universitetinin, Kremer isə Harvard Universitetinin professorudur.
Banerjee, Kremer və Duflo 20 ildir ki, yoxsulluq probleminin araşdırılması ilə məşğuldurlar. Qeyd edək ki, Banerjee və Duflo bu sahədə birlikdə işləyirlər. Alimlər statistikadan istifadə edərək yoxsulluğun müxtəlif amillərdən asılılığını öyrənirlər, bunun üçün onlar Hindistan, Keniya və digər kasıb ölkələrə yollanaraq, yoxsulluğun azaldılmasına yönəlmiş tədbirlərin səmərəliyini tədqiq edirlər. Tədqiq olunan bölgələr qruplara bölünür və onların hər birində müxtəlif təsir amilləri öyrənilir. Təsadüfi (random) eksperimentlərin statistikası bu tədbirlərin səmərəliyini və ya faydasızlığını göstərir. Bu yanaşmanın köməyi ilə müxtəlif sosial proqramların səmərəliyini yoxlamaq olar.
Məlum oldu ki, böyük həcmli investisiyalar yoxsulluq problemi ilə mübarizədə bəzən lazımi nəticə vermir: məsələn, müəllimlərin maaşının artırılması və pulsuz dərsliklərin və naharların paylanması yoxsul bölgələrdə təhsil səviyyəsini əhəmiyyətli dərəcədə artırmır. Burada investisiya ilə birbaşa əlaqəli olmayan digər üsulları tətbiq etmək lazımdır.
2018-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatlardan fərqli olaraq (William Nordhaus və Paul Romer), Banerjee, Kremer və Duflo təcrübəçidirlər və onların araşdırmaları yoxsul bölgələrdə yoxsulluğun azaldılmasına həqiqətən də kömək etdi.
Məsələn, Kremer və Edward Miguel, Uqanda və Keniyadakı uşaqların davamiyyətinə təsir göstərən amillərdən biri kimi onlara peyvəndlərin vurlumadığını göstərmişdilər. Bu tədqiqat “Degelmintizasiyanın təhsilə təsirini başa düşmək” adını almışdır.
Esther Duflo, Michael Kremer və Pascaline Dupas, Keniyadakı HİV və erkən doğuşla mübarizədə təhsil subsidiyalarının təsiri ilə bağlı mühüm tədqiqatlar aparıblar. Məlum oldu ki, təhsilə ayrılan subsidiyalar HİV ilə mübarizə dövlət proqramı ilə birlikdə daha effektivdir.
Eyni zamanda alimlər peyvəndlərin sayını artırmaq üçün uşaqlara kiçik hədiyyələrin (bir kilo mərci) verilməsi kifayət olduğunu sübut etdilər.
Təhsil proqramlarının tədqiqi məktəblərin əlçatanlığının artırılması bilik səviyyəsini əhəmiyyətli dərəcədə dəyişmədiyini və üstəlik tədrisin keyfiyyətinin yüksəldilməsinə və infrastrukturun yaxşılaşdırılmasına investisiya etmək lazım olduğunu göstərdi.
Lakin alimlər təkcə bununla tanınmırlar, onlar bir çox elmi araşdırmalar aparıblar, nəşrlər və kitablar yazıblar. Bütün bunlar İsveç Akademiyası tərəfindən səsvermə zamanı nəzərə alınmışdır.
Abhijit Banerjee
Hindistan əsilli iqtisadçı Abhijit Vinayak Banerjee, 21 fevral 1961-ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Onun CV-si 17 səhifədən ibarətdir. O, Kalkutta, Cavarhalal Nehru və Harvard Universitetlərində təhsil alıb: 1981-ci ildə Kalkutta Universitetində təbiətşünaslıq üzrə bakalavr dərəcəsini, 1983-ci ildə Dehlinin Cavarhalal Nehru Universitetində sənətşünaslıq üzrə magistr dərəcəsini, 1988-ci ildə isə Harvard Universitetində doktor dərəcəsini almışdır.
1988-1993-cü illərdə Prinston Universitetində dosent kimi çalışıb.
1993-cü ildən etibarən Massaçuseç Texnologiya İnstitutunda işə başlayıb. 2003-cü ildən isə iqtisad üzrə dosent və professor adını qazanıb.
2003-cü ildə Massaçuseç Texnologiya İnstitutunun yoxsulluq probleminin tədqiqatı Laboratoriyasını təsis etdi (Poverty Action Lab, M.I.T) və hal-hazırda direktorlarından biridir.
Qeyd etmək lazımdır ki, Banerjee Financial Times və Goldman Sachs-ın ən yaxşı kitablardan biri adlandırdığı “Yoxsulların iqtisadiyyatı” (2011) və daha beş kitabın müəllifidir.
2019-cu ilin oktyabrın həmkarları ilə birgə “Mikromaliyyə bəzi sahibkarlar üçün yoxsulluq tələsini aça bilərmi?” adlı tədqiqatını başa çatdırıb (Abhijit Banerjee, Esther Duflo, Emily Breeze və Synthia Kinnan).
Bu gün Abhijit Banerjee bir neçə tədqiqatda iştirak edir: “Məhdud diqqət və gəlir paylaşımı” (Sendhil Mullainathan ilə), “Müqavilənin seçimi və icrası: nəzəriyyə və dəlillər” (Pol Gertler və Maitrishem Ghatak ilə), “Yerli institutlar, heterogenlik və siyasi rəqabət” (Rohini Somanathan ilə), “Sosial şəbəkələrin sabitliyi” (Andrew Newman), “Kapital bazarındakı çatışmazlıqlar, icraçın təşviqi və sənayenin böyüməsi” (Andrew Newman ilə), “Hindistanın Udaypur şəhərində müəllim-şagird nisbəti və davamiyyət: perspektiv qiymətləndirmə” (Michael Kremer, Jenny Skavlan, Peter Lang ilə), “Bankçılığın pul nəzəriyyəsi” (Eric Maskin ilə), “Tənbəl alan stereotipin təkzib edilməsi: dünyada pul köçürmələri proqramlarının məlumatları” (Rema Hanna, Gabriel Kreindler və Ben Alken ilə).
Esther Duflo
Fransız iqtisadçısı Esther Duflo, 25 oktyabr 1972-ci ildə Parisdə (Fransa) anadan olub. Həyat yoldaşından fərqli olaraq, Esther Duflo-nun CV-si 14 səhifəyə sığır.
1994-cü ildə Paris Ali Normal Məktəbində (Ecole Normale Supérieure) tarix və iqtisadiyyat üzrə magistr dərəcəsini, 1995-ci ildə Paris İqtisad Məktəbində iqtisadiyyat və DELTA üzrə əlavə diplom, 1999-cu ildə isə Massaçuseç Texnologiya İnstitutunda doktor dərəcəsini alıb.
1999-cu ildən başlayaraq Massaçuseç Texnologiya İnstitutunda dosent, daha sonrakı illərdə isə professor kimi çalışıb.
2001-2002-ci illərdə Prinston Universitetində, 2007-ci ildə Paris İqtisad Məktəbində dərs deyib.
2003-cü ildə Banerjee ilə birlikdə Massaçuseç Texnologiya İnstitutunda yoxsulluq probleminin tədqiqatı Laboratoriyasının yaradıcılarından biri oldu. 2013-cü ildə ABŞ prezidenti Barak Obama tərəfindən Qlobal İnkişaf Şurasına daxil edildi.
Financial Times və Goldman Sachs tərəfindən ən yaxşı kitablardan biri adını almış və 17-dən çox dilə tərcümə olunmuş “Yoxsulların iqtisadiyyatı” (2011) kitabının həmmüəllifdir.
Esther Duflo həmçinin “İqtisadiyyat və statistikaya baxış” (Review of Economics and Statistics) və “İnkişaf iqtisadiyyatı” (Journal of Development Economics) jurnallarının redaktorudur.
Duflo-nun mükafatları arasında sosial elmlər sahəsində Asturiya Şahzadəsi Mükafatı (2015-ci il), Con Beyts Klark medalı (2010-cu il) və Eleyn Bannet Mükafatı (2003-cü il) var.
Esther Duflo bir çox kitab və məqalələrin həmmüəllifidir.
Nobel Komitəsinin diqqətini cəlb edən mühüm tədqiqatlardan biri “Məktəb rəhbərliyi, müəllim təşəbbüsü və tələbə-müəllim nisbəti: Keniya ibtidai məktəbinin eksperimental məlumatları” olub (Pascaline Dupas və Michael Kremer ilə).
Onun ən son işlərindən biri “Mikromaliyyə bəzi sahibkarlar üçün yoxsulluq tələsini aça bilərmi?” adlı tədqiqatdır (Abhijit Banerjee, Emily Breeze və Synthia Kinnan ilə).
Oktyabr ayında “Elektron idarəetmə, hesabatlılıq və hökumət proqramlarında məlumat sızması: Hindistanda maliyyə idarəetmə sisteminin islahatından eksperimental məlumatlar” tədqiqatı başa çatmışdır (Abhijit Banerjee, Clement Imbert, Santos Matthew və Rohini Pande ilə).
Hindistanın məşğulluq proqramının islahatını araşdırdıqdan sonra informasiya texnologiyalarının dövlət vəsaitlərinin oğurlanmasını azaldacağı sübut edildi. Məmurların şəxsi zənginlləməsi 10%, dövlət məşğulluq proqramına çəkilən xərclər isə 24% azaldı.
Bu gün Duflo müəllim və redaktor kimi çalışmaqla yanaşı BREAD (Bureau for Research in Economic Analysis of Development), həmçinin yoxsulluq probleminin tədqiqatı Laboratoriyasında (direktor və təsisçilərdən biri) işləyir, “Yoxsul iqtisadiyyatlar” və “Təsadüfi qiymətləndirmələrin aparılması: praktik bələdçi” layihəsində çalışır.
Michael Kremer
Amerikalı iqtisadçı Michael Robert Kremer 12 noyabr 1964-cü ildə anadan olub, CV-si 17 səhifədən ibarətdir.
2003-cü ildən bu günə qədər Harvard Universitetinin iqtisadiyyat kafedrasında inkişaf edən cəmiyyətlərin professorudur.
1985-ci ildə Harvard Kollecində bakalavr dərəcəsini, 1992-ci ildə Harvard Universitetində doktorluq dərəcəsini almışdır, 1985-1986-cı illərdə Keniyanın Kakamega şəhərində müəllim və administrator vəzifəsində işləyib.
1086-cı ildə könüllü müəllimlərin inkişaf etməkdə olan ölkələrə göndərilməsi ilə məşğul olan WorldTeach təşkilatını qurub. 1993-1999-cü illərdə Massaçuseç Texnologiya İnstitutunun iqtisad üzrə dosent, 1998-1999-cu illərdə isə iqtisad üzrə professor vəzifəsini tutub.
Milli İqtisadi Tədqiqatlar Bürosunda (National Bureau of Economic Research, NBER), Stenford Universitetində, Harvard Beynəlxalq İnkişaf İnstitutunda və Bruking İnstitutunda işləyib.
1998-ci ildən bu günə qədər John F. Kennedy adına İdarəetmə Məktəbinin Beynəlxalq İnkişaf Mərkəzində müəllim, 1999-cu ildən isə ABŞ-da Milli İqtisadi tədqiqatlar Bürosunun elmi işçisidir.
2010-cu ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) İnnovasiya Müəssisələrinin İnkişafı (Development Innovation Ventures, DIV) üzrə elmi doktor vəzifəsinə təyin olunmuşdur. Michael Kremer – İqtisadi İnkişaf Təhlili Bürosunun (BREAD) həmsədri və həmtəsisçisidir, həmçinin Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür.
Mükafatları arasında Müəllimlər üçün Prezident təqaüdü (1996) və Makartur Fondu təqaüdü (1997) var.
Kremer 100-dən çox elmi əsərin müəllifi və “O-ring theory of economic development” iqtisadi inkişaf nəzəriyyəsinin yaradıcısıdır.
Bu gün iqtisadçı “Kənd təsərrüfatı istehsalını artırmaq üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə: Keniyadan məlumatlar” (müəlliflər – Kasaburi, Lorenzo, Michael Kremer, Sendhil Melanotan və Ravindra Ramrattan) və “Hindistanın Udaypur şəhərində müəllim-şagird nisbəti və davamiyyət: perspektiv qiymətləndirmə” layihələri üzərində çalışır (Michael Kremer, Jenny Lang, Peter Lang və Abhijit Banerjee).
Sübut olundu ki, kənd təsərrüfatı fermerlərinə qısa bildirişlərin göndərilməsi, mesaj almayan fermerlərlə müqayisədə məhsuldarlığı 11,5% artırır. Bu, kiçik təchizatçı-fermerlərlə işləyən böyük kənd təsərrüfatı şirkətləri üçün çox faydalıdır.