PAŞA Bank Miles&Smiles kart sahibləri üçün yeni kampaniyaya start verdi.

Kampaniyanın şərtlərinə əsasən 21 dekabr 2019-cu il tarixinədək müştərilər Miles&Smiles məhsulu üzrə PAŞA Bankın partnyor şəbəkəsində nağdsız ödənişlər həyata keçirdikdə əldə etdiyi millərin sayına görə bir qalib təyin olunmaqla Baliyə iki nəfərlik bilet qazana biləcəklər.

Baliyə iki nəfərlik geri dönüşlü səyahət biletləri kampaniyanın qalibinə Türk Hava Yolları tərəfindən təqdim olunacaq.

Qeyd olunmalıdır ki, biletlər əldə edildikdən sonra bir il ərzində istifadə edilə bilər. Kampaniya şərtləri haqqında ətraflı məlumat: https://miles.pashabank.az/az/campaign_trip_to_bali.