“Twitter Inc.” səhmlərinin (ABŞ) dəyəri bir neçə dəqiqə ərzində 20% azalaraq 31,45 dollara çatıb. Günün axşamı qiymətin eniş sürəti 18,93% azalaraq 31,3 dollara çatmışdır.
Banker.az xəbər verir ki, bu, şirkətin bazar dəyərində təxminən 6-7 milyard dollar itkiyə uyğundur. Nyu-Yorkda birja açılmazdan əvvəl “Twitter” in dəyəri 30 milyard dollar olub.
Səhm qiymətlərinin enməsi “Twitter” in qiymətli kağızları ilə aparılan əməliyyatların həcminin əvvəlki günlərlə müqayisədə iki dəfə artması ilə müşayiət olunub.
Dəyərin aşağı düşməsi “Twitter” in 2019-cu ilin üçüncü rübü üçün maliyyə hesabatlarının dərcindən sonra başlayıb.
Qeyd edək ki, 2016-cı ildə şirkətin rüblük gəliri 9%% artaraq 824 milyon dollara çatmışdır, 2018-ci ildə bu rəqəm 758,1 milyon dollar təşkil edib. Bloomberg mütəxəssislərinin fikrincə, artım 876 milyon dollara çatmalı idi.
Sosial şəbəkənin aktiv istifadəçilərinin sayı 4,3% artaraq 145 milyon nəfərə çatıb (17% illik artım).
“Bütün çətinliklərə baxmayaraq, bu rüb bizim investisiya strategiyamızın effektivliyini təsdiqləyir”, – deyə şirkətin maliyyə direktoru Ned Seagal qeyd edir.