Maliyyə Bazarlarına Nəzarət Palatası kotirovka sorğusu elan edir.
Banker.az xəbər verir ki, sorğu palatanın banklardan müvafiq hesabatların əldə edilməsi və emalı, əldə olunmuş hesabatlarda ilkin yoxlamaların aparılması, yaradılmış ehtiyatın yeni prudensial hesabatla və mərkəzi kredit reyestrində mövcud məlumatlarla çarpaz yoxlamaların aparılması proseslərinin avtomatlaşdırılması xidmətinin satın alınması məqsədilə keçirilir. Sözügedən xidmətin göstərilməsi müddəti 12 ay nəzərdə tutulub.
İddiaçı kimi iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 nömrəli ünvana (əlaqələndirici şəxs- Palatanın inzibati idarəsinin mütəxəssisi Ələmqulu Quliyevə , telefon- +994 12 493- 50-58/346, Faks: +994 12 498- 12-14 Alamgulu.Guliyev@fimsa. az) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər imzalanıb möhürlənmiş kotirovka təkliflərini (əlavə olaraq qiymət cədvəli və Azərbaycan dilində tərtib edilmiş şərtlər toplusunda göstərilən sənədləri) 31 oktyabr 2019-cu il saat 15.00- dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Təqdim olunan qiymət kotirovkaları zərfləri 1 noyabr 2019-cu il saat 12.00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında açılacaq.