WPP-ə daxil olan Wunderman və J. Walter Thompson dijital agentlikləri 2018-ci ilin noyabrından bəri birləşmək ilə bağlı davam edən danışıqları bu il yekunlaşıb.
Birləşmədən sonra yaranan Wunderman Thompson agentliyi 90 bazarda, 200 lokasiyada fəaliyyət göstərəcək.
Wunderman Thompson -un Türkiydəki fəaliyyətinə isə Ender Buruk liderlik edəcək. O yaradıcılıq, informaisya, texnologiyaya ilham verən yeni bir agentlik olaraq mövqelənib, bazarda qabaqcıl olmağı davam etdirəcək.
Wunderman Thompson adı ilə xidmət verəcək yeni agentliyin CEO-su, sektorda təcrübəsi ilə kifayət qədər tanınan Mel Edwards olacaq. Reklam dünyasının görkəmli adlarından Ewen Sturgeon, Wunderman Thompson-un Avropa CEO-su olaraq strateji böyümədən məsuliyyət daşıyacaq.
©Facemark.az