-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası 26% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 25,9 mln. manata yaxın sığorta haqqı toplanıb, 9,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə avtonəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 25,7%, ödənişlər isə 39,4% çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522,5 mln. manat (azalma 8,1%) məbləğində sığorta haqqı toplanıb, 201,7 mln. manat (artım 7,9%) məbləğində sığorta ödənişi həyata keçirilib.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər