ABŞ-ın “Forbes” nəşri apardığı iki mərhələli qiymətləndirmə nəticəsində dünyanın iş şəraitinə görə ən yaxşı 500 şirkətini müəyyənləşdirib.
Report agentliyi xəbər verir ki, siyahıda qonşu ölkələrdən ən yaxşı nəticəni Türkiyədən “Koç Holding”i, Rusiyadan “Moscow Exchange” (Moskva Birjası) göstərib.
Onlar müvafiq olaraq 35 və 138-ci yerlərdə qərarlaşıblar.
Reytinq siyahısında ilk 3-lükdə ABŞ-ın “Alphabet”, “Microsoft”, “Red Hat” şirkətləri qərarlaşıblar. Ümumilikdə siyahıdakı ilk 10 şirkətdən 7-si ABŞ-a məxsusdur.