11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycana idxal olunan avtomobillərə optimal və diferensial aksiz dərəcələrinin tətbiqinə dair müzakirələr aparılır

“Azərbaycana idxal olunan yeni və istehsal buraxılış tarixindən uzun müddət keçmiş nəqliyyat vasitələrinə münasibətdə aksiz dərəcələrinin optimallaşdırılması və diferensial aksiz dərəcələrinin tətbiqi kimi məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılmaqdadır”.

Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.

Onun sözlərinə görə, müzakirələrin məqsədi ölkəmizdə minik avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaqdır.

M.Vahabovla geniş müsahibəni gələn həftənin bazar ertəsi “Report”da oxuya bilərsiniz.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər