1 C
Baku
Saturday, December 14, 2024

“Microsoft” Yaponiyadakı ofisini dörd günlük iş həftəsinə keçirərək məhsuldarlığı 40% artırdı

“Microsoft” şirkətinin Yaponiyadakı ofisi dörd günlük iş həftəsinə keçərək məhsuldarlığı 40% artırıb. Bu haqda şirkətin Yaponiyadakı filialına istinadən CNBC məlumat verib.

Dörd günlük iş həftəsinə keçid eksperimenti “Work Life Choice Challenge 2019 Summer” çərçivəsində avqust ayında keçirilmişdir və bir ay davam etmişdir. Bu müddət ərzində şirkət işçilərinin əmək haqqında və ya məzuniyyətində heç bir dəyişiklik etməmişdir.

Eksperimentin müsbət nəticələrinə gəldikdə, bunları qeyd emtək olar: 2018-ci ilin avqustu ilə müqayisədə məhsuldarlıq 39,99% artıb; bütün müzakirələr onlayn rejimə keçdi, görüşlər isə 30 dəqiqə ilə məhdudlaşdırılıb; işdən icazə alanların sayı 25,4% azalıb; elektrik enerji tədarükü 23%, kağızın tədarükü isə 58%  azalıb; eksperiment iştirakçılarının 92,1%-i dörd günlük iş həftəsi ideyasını dəstəkləyib;

Qeyd edək ki, Yaponiyanın əsas problemlərindən biri işçilərin normadan artıq işləməsidir. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2017-ci ildə yorğunluqdan 190 nəfər dünyasını dəyişib.

2019-cu ilin aprelində iş saatlarını tənzimləyən yeni qanun qüvvəyə minib, onu pozan şirkətə qarşı isə 2800 dollar cərimə cəzası tətbiq olunacaq. 

 

 

Son xəbərlər
Digər xəbərlər