Bu barədə Şuradan bildirilib.
İclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb və ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə noyabrın 12-dən dekabrın 12-dək müsabiqə elan olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, lisenziyası ləğv edilmiş “ANS ÇM”in bu tezliyində yeni radio kanal açılacaq.