“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə “Meqa Sığorta”nın İdarə Heyətinin açıqlamasında deyilir.
“Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Qurumun səhmdarları Rauf Əliyevə (19%), Nəzakət İsmayılovaya (19%), Zaur Quliyevə (19%), Yaşar Qurbanova (14%), Zeynal Əliyevə (10%) Faiq Şahəliyevə (10%) və Yaşar Əliyevə (9%) məxsusdur.