“Uber” in qurucusu Travis Kalanik, IPO-dan altı ay sonra şirkətin səhmlərini satmağa davam edir. Əvvəlcə sahibkar 547 milyon dollarlıq, daha sonra isə 164 milyon dollarlıq qiymətli kağız satıb. Qeyd edək ki, Travis Kalanikin şirkətdəki payı 1,9 milyard dollar dəyərində qiymətləndirilir.
“Səhmlərin satışı Kalanikin “CloudKitchens” da daxil olmaqla digər sərmayələrə yönəldiyini vurğulayır”, – Bloomberg yazır.
Xatırladaq ki, daha əvvəl biznesmen “CloudKitchens” lərin yaradılmasına Səudiyyə Ərəbistanının suveren fondundan 400 milyon dollar maliyyə cəlb etmişdir. Sövdələşmə nəticəsində “CloudKitchens” 5 milyard dollar dəyərində qiymətləndirilə bilər.
Kalanik “Uber” in baş direktoru vəzifəsini icra etdiyi müddətdə şirkətdəki payını saxlayacağını söyləmişdir. 2017-ci ildə istefa etdikdən sonra, o, bir il ərzində sahib olduğu qiymətli kağızları satmaqdan imtina etsə də, 2018-ci ildə payının 1,4 milyardını satmışdır. Altı aydan sonra Kalanik səhmləri satmağa davam edib.