Pricewaterhouse Coopers konsaltinq şirkəti biznes və həyat şəraitinin yüksək olduğu şəhərlərin reytinqini təzələmişdir.
Reytinq təşkil edilərkən həmçinin, infrastruktur, nəqliyyat, sağlamlığın qorunması, təhlükəsizlik, demoqrafiya, ekologiya, iqtisadi çəki, həyat şəraiti, iş mühiti kimi vacib amillər əsas götürülmüşdür.
№ 11. Berlin
Almaniyanın ən böyük və paytaxt şəhərində yeraltı ictimai nəqliyyat yüksək səviyyədə inkişaf edin. Berlin həddindən artıq təmiz və effektivdir. Bununla yanaşı turistlər üçün də təhlükəsizdir və onlar məmnuniyyətlər yerli muzeyləri, teatrları və parkları ziyarət edirlər.
№ 10. Çikaqo
Amerikanın ən böyük megapolislərindən biri olan bu şəhərdə təqribən 3 milyon insan yaşayır. Miçiqan gölünün sahilində yerləşən bu şəhər həyat keyfiyyəti və ekologiya baxımından yüksək qiymətləndirilmişdir. Çikaqoda Boeing də daxil olmaqla 30-a yaxın şirkət fəaliyyət göstərir.
№ 9. Sidney
Sidney dünyanın çoxmədəniyyətli və çoxmilliyyətli şəhərlərindən biridir və mühacirlərin sıx yaşadığı ərazidir. Bununla yanaşı şəhər yaxşı şəkildə təşkil edilmiş infrastruktura və biznesin təşkil edilməsi üçün əla şərtlərə sahibdir.
№ 8.Honq Konq
Honq Konq dünyanın ən sıx məskunlaşmış əhaliyə sahib olan şəhərlərindən biridir. Lakin buna baxmayaraq, burada orta yaş müddəti 81,6 ildir. Honq Konq şəhərini Asiyanın maliyyə paytaxtı adlandırırlar və şəhər öz aşağı səviyyəli vergiləri və inkişaf etmiş infrastrukturu ilə məşhurdur.
№ 7. Stokholm
Stokholm – Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biridir. Onun əhalisi son 15 ildə demək olar ki, iki qat artıb. İsveç şəhərinin əhalisinin əksəriyyəti xidmət sahəsində çalışır ki, bu da şəhərdə iş yerlərinin 85%-ni təşkil edir. Burada ağır sənayenin olmaması Stokholmu dünyanın ən təmiz şəhərlərindən biri edir. Stokholm – nəhəng maliyyə mərkəzidir. Nəhəng IKEA və H&M şirkətlərinin baş qərargahları məhz burada yerləşir.
№ 6. Paris
Paris öz kitabxanaları, universitetləri, parkları və muzeyləri ilə məşhurdur. Dünyanın ən qədim və uzun mütrolarından biri burada yerləşir. Lakin Parisdə daşınmaz əmlak nümunələri çox bahadır. Yollarda isə daim tıxac müşahidə olunur. Bununla yanaşı, şəhər rekord sayda işsizlik səviyyəsinə sahibdir.
№ 5. San-Fransisko
San-Fransisko dünya turizm mərkəzi hesab edilir. Bununla yanaşı, Google da daxil olmaqla bir çox məşhur şirkətlərin baş qərargahları məhz burada yerləşir.
№ 4. Toronto
Torontonu Kanadanın “iqtisadi mühərriki” adlandırsaq yanılmarıq. Ölkənin ən nəhəng şirkətləri də məhz bu şəhərdə yerləşir. Şəhər sağlamlığın qorunması, təhlükəsizlik, infrastruktur və ictimai nəqliyyat kateqoriyaları üzrə yüksək qiymətləndirilmişdir.
№ 3. Sinqapur
Sinqapurda cinayət hallarının çox aşağı səviyyədə olmasına baxmayaraq, ölkə çox ciddi və sərt qanunlara sahibdir. Şəhər nəqliyyat və biznesin təşkil edilməsi kateqoriyaları üzrə reytinqin ilk üçlüyündə qərarlaşmışdır.
№ 2. Nyu-York
Nyu-York Biznesin təşkil edilməsi və iqtisadi çəkiyə görə reytinqin ikinci pilləsində qərarlaşmışdır. Dünyanın iki nəhəng birjası – New York Stock Exchange və NASDAQ məhz burada yerləşir. Şəhər Amerikanın tək maliyyə deyil, həmçinin də mədəniyyət mərkəzidir.
№ 1. London
Britaniyanın paytaxtı texnoloji hazırlıq, xarici dünyaya çıxış və iqtisadi çəki kimi kateqoriyalarda reytinqin ilk pilləsinə yiyələnmişdir. London britaniyanın əsas siyasi, iqtisadi və mədəni mərkəzidir. Şəhərin iqtisadiyyatı ölkə iqtisadiyyatının beşinci hissəsini təşkil edir. Şəhərin vacib iqtisadi sahələri bank xidməti də daxil olmaqla maliyyə, sığorta və aktivlərin idarə edilməsidir. Dünyanın nəhəng banklarının və maliyyə şirkətlərinin baş-qərargahları Londonda yerləşir.