Gürcüstanın Mülki Aviasiya Agentliyi 2019-2020-ci il üçün qış uçuş cədvəlini təsdiqləyib.
Cədvəl oktyabrın 27-dən qüvvəyə minib.
2020-ci ilin martın 28-dək davam edəcək cədvəl çərçivəsində qonşu ölkənin beynəlxalq hava limanlarında 340 müntəzəm reys həyata keçiriləcək.
Qış uçuş cədvəlinə əsasən, “Azərbaycan Hava Yolları” QSC (AZAL) həftə ərzində hər gün Tbilisi – Bakı və Bakı -Tbilisi reyslərini yerinə yetirəcək. Bakıdan Tbilisiyə uçuşlar Tbilisi vaxtı ilə saat 09:30 və 21:45, Tbilisidən Bakıya isə saat 11:50 və 23:55-də həyata keçiriləcək.
AZAL Bakı-Batumi və Batumi-Bakı istiqamətləri üzrə sərnişinləri isə həftənin yalnız bazar günləri daşıyacaq. Bakıdan Batumiyə uçuş Tbilisi vaxtı ilə saat 12:35, əks istimaqətə uçuş isə saat 15:05-ə təyin olunub.
AZAL Gürcüstanın paytaxtı və Batumi şəhələrinə uçuşları “E 190” tipli təyyarələrlə yerinə yetirəcək.
Qeyd edək ki, Bakıdan Batumiyə birbaşa aviauçuşları AZAL-ın nəzdindəki “Buta” aşağıbüdcəli aviaşirkəti bu ilin iyunun 14-dən etibarən həyata keçirir.
©Report