9 C
Baku
Friday, December 13, 2024

Odessa Dəniz Mühəndislik Bürosu Azərbaycanda yeni gəmilər layihələndirir

Odessa Dəniz Mühəndislik Bürosu “Bakı Gəmiqayırma Zavodu” MMC-nin tərsanəsində tikilən yeni gəmilərin birgə layihələndirilməsi ilə məşğul olur.

Bunu büronun baş direktoru Gennadi Yeqorov deyib.

O bildirib ki, “Bakı Gəmiqayırma Zavodu” MMC altı gəmi tikir:

“Hazırda RST12C layihəli 7875 ton tutumlu 4 tanker və CNF18C layihəli 2 dəmiryol-avtomobil-sərnişin bərəsi tikilir”.

Baş direktor vurğulayıb ki, RST12C layihəli “Laçın” flaqman gəmisinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur:

 

“CNF18C layihəli “Azərbaycan” flaqman bərəsinin bu il, ikinci bərənin gələn il suya salınacağı gözlənilir”.

Qeyd edək ki, Odessa Dəniz Mühəndislik Bürosu Azərbaycanda “Bakı Gəmiqayırma Zavodu” MMC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə birgə bir neçə iri layihə reallaşdırır. Büro, eyni zamanda Rusiyada kruiz gəmiləri, tanker, quru yük gəmiləri, Qazaxıstanda quru yük gəmiləri, qoşqular və Türkmənistanda tankerlərin tikintisi ilə məşğul olur.

©Trend

Son xəbərlər
Digər xəbərlər