Almaniyanın Volkswagen şirkəti özünün ID. Space Vizzion Concept konseptini təqdim edib.
Elektrokarın yaradılması zamanı istehsalçılar məşhur MEB arxitekturasını tətbiq ediblər. Kuzovda parlaq işıqla markanın zərif loqotipi, işıq diodu tətbiq edilib, həmçinin adət edilmiş radiator barmaqlığı aradan qaldırılıb. Konseptual yeniliklərdə qapılarda tutacaqlar yoxdur, onların əvəzində sensor elementlərdən istifadə edilib.
Bundan əlavə, salonda iri displey quraşdırılıb ki, burada avtomobil haqqında bütün zəruri məlumatlar əks olunur. Yenilik 4 nəfərə qədər sərnişinin rahat yerləşdirilməsini nəzərdə tutur, lakin gələcəkdə beşyerli salonu olan modifikasiyanın buraxılması məsələsinə də baxılacaq.