15 C
Baku
Sunday, November 24, 2024

Kredit risklərinin sığortalanması

Təkcə bank deyil, müştəri də (borcalan) kredit riski daşıyır. Kreditor həmişə öz müştərisinin ödəmə qabiliyyətinə şübhə ilə yanaşır, çünki o, da öz növbəsində maliyyə çətinliklərinin olmayacağına dair tam təminat vermir. Kredit borcunun qaytarılmaması riskinin sığortalanması ikitərəfli kreditləşmə riskini azaldır. Sığorta pulların banka qayıtmasına təminat verir. Borcalan isə kredit ilə bağlı daha loyal şərtlər əldə edir.

Azərbaycan praktikasından bu məhsul, yəni kreditin qaytarılmaması riskindən sığorta -bəzən kredit məsuliyyətindən sığorta adlanır.

Bir qayda olaraq sığortanın təşkili məsələləri ilə bank özü məşğul olur, amma bəzi borcalanlar müstəqil şəkildə sığorta kompaniyalarına müraciət edilər. Kreditin qaytarılmaması riskindən sığorta zamanı elə borcun (ipoteka, avtokredit, ipoteka, istehlak və ekpress kredit) özünün rəsmiləşdirilməsi zamanı tələb olunan sənədləri təqdim etmək lazım gəlir. Bundan əlavə sığorta şirkətləri lazımi hesab etdikləri istənilən bir sənədi də əlavə olaraq tələb edə bilərlər.

Sığortalanan tərəf faktiki olaraq bank olur, belə ki, sığorta haqqını da məhz o, ödəyir. Kreditin sığortalanması xərcini isə borcalan həyata keçirir bu isə kredit dəyərini nəzərəçarpacaq qədər yüksəldir. Belə ki, sığortanın dəyəri sığortalanan məbləğin bir neçə faizinə çatır. Amma əgər kreditləşmə dövrü kifayət qədər uzun müddət olarsa, aylıq ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmır.

Kredit üzrə girov məbləği nə qədər böyük olarsa, sığorta bir o qədər ucuz başa gəlir. Bundan əlavə, əgər borcalanın əlavə borcun rəsmiləşdirilməsi anından başqa kredit borcu olmazsa, bu da sığortanın qiymətini aşağı sala bilər. Sığorta hadisəsi o zaman baş verir ki, müqavilə ilə müəyyən edilmiş zamanda və həya həcm də kredit ödənişləri həyata keçirilmir. Sığorta hadisəsinin baş verməsi sənədlər ilə təsbit edilir.

Sığorta şirkəti kreditin təyinatı üzrə istifadəsinə nəzarət etmək hüququna malikdir. Əgər borcalan ondan asılı olmayan səbəblər və şərtlər üzündən krediti ödəmək iqtidarında deyilsə və kredit vəsaiti təyinatı üzrə istifadə olunubsa, sığorta kompaniyası sığorta hadisəsini rəsmən tanıyır və banka dəymiş zərəri ödəyir. Əks təqdirdə sığorta kompensasiyasının ödənişindən imtina etmək edilə bilər.

Əgər borcalanın maliyyə imkanları yaxşılaşarsa, o vəsaitin bir hissəsini sığorta xaricinə çıxara bilər, bu da öz növbəsində aylıq ödənişlərin azalmasına gətirib çıxarır. Müəyyən şərtlər daxilində sığorta haqqının 50%-nin geri qaytarılması mümkün ola bilər.

Sığorta haqqı -risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.

Sığorta hadisəsi -qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin ödənilməsi üçün əsas olan, müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.

Sığorta ödənişi -sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə təzminatı (kompensasiyası).

Son xəbərlər
Digər xəbərlər