Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 22 890,6 min ABŞ dolları dəyərində 607 ton dərman ixrac edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Hesabat dövründə Gürcüstanın dərman ixracı ümumilikdə 23,7% artaraq 148 972,5 min dollar təşkil edib və bu, ölkənin ümumi ixracının 4,9%-ni təşkil edib.
Hesabat dövrü ərzində Azərbaycana dərman ixracı ümumi ixracın 15,4%-nə bərabər olub.
©APA