Blits və sürətli şahmat üzrə qrossmeyster və dünya çempionu olan Sergey Karyakin, adətən necə məşq etdiyindən danışdı, eyni zamanda stressli vəziyyətsə konsentrasiya və hərəkət bacarıqlarını inkişaf etdirmək istəyənlərə bəzi tövsiyələr verdi.
- Konsentrasiya bacarığını inkişaf etdirmək üçün sizi fikirinizdən yayındıran şeylərdən imtina etməyə çalışın. Kompüterinizi və bütün mobil cihazları söndürün. Ətrafınızda qıcıqlandırıcı amillərin sayı nə qədər az olsa, bir o qədər yaxşıdır. Qrossmeysterin özü də bu texnikadan istifadə edir. O, müsabiqə günlərində mobil telefonunu söndürür və ümumiyyətlər internetdən istifadə etməməyə çalışır.
- Azdan başlayın. Ən azı 10 dəqiqə ərzində bütün diqqətinizi konkret bir məsələ üzərində cəmləşdirməyə çalışın. Bu, şahmat olmaya da bilər, qrossmeyster dəqiqləşdirir, jurnalda məqalə oxuyun, futbola baxın, lakin mətni və ya oyunu diqqətlə izləyin, baş verənləri dərk edin.
- İşinizi çətinləşdirin. Əgər bütün diqqətinizi hər hansısa layihəyə yönəldə bilsəniz, konsentrasiyanın müddətini tədricən artırın. “Addım-addım çox şeyə nail olacaqsınız”, – şahmatçı əmin edir.
- Kənar səs-küy əlavə edin. Məşq zamanı qıcıqlandırıcı faktorların sayını minimuma endirə bilərsiniz, lakin real həyatda bu mümkün olmur. Buna görə, tam izolyasiya şəraitində konsentrasiya olmağı öyrəndikdən sonra bunu səs-küydə etməyə çalışın. Sergey Karyakin xatırlayır: “Atam mənə şahmat oynamağı öyrədəndə ya televizoru yandırırdı, ya da musiqi qoşurdu. Ətrafımda olan səs-küy mənim diqqətimi yayındırırdı, lakin sonradan buna öyrəşdim. İndi ona minnətdaram, çünki yarış zamanı kiminsə telefonu çalsa və ya öskürək səsi gəlsə belə, yenə də bütün diqqətim oyunda olacaq”.
- Mühüm günlərdə və layihə üzərində son işləmə müddətində kənar şəxslərin tövsiyələrini qaulaqardına vurmağa çalışın, onlar sizə kömək edə bilməyəcəklər, sadəcə konsenstrasiyanızı pozacaqlar. Şahmat üzrə dünya çempionu titulu uğurunda iştirak edəcəyim yarışdan əvvəl bir çox insan Karyakinə uğurlar diləyərək, məsləhətlər verməyə çalışırdı. Diqqətini yayındırmamaq üçün o kənar insanlarla ünsiyyəti minimuma endirdi və nəticədə layiqli çıxış etdi: 12 oyundan ibarət olan matç 6:6 hesabı ilə başa çatdı. “Əgər başqalarına qulaq assaydım, belə bir nəticə əldə edə bilməzdim”, – Karyakin qeyd edir.
- Heç vaxt təslim olmayın. Bütün matçlar və layihələr qələbə ilə bitmir, lakin hər şeyin məğlubiyyətə doğru getdiyini görsəniz belə, sona qədər hərəkətə davam et, Sergey Karyakin məsləhət görür. “İnadkar olun və hər şey alınacaq”, – deyə qrossmeyster əlavə edir.