6 C
Baku
Friday, December 26, 2025

Dövlət xətti ilə ipoteka kreditləşməsi 41% azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 127,6 milyon manat ipoteka krediti verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 3,2% artaraq 207,7 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25,7% azalaraq 130 milyon manata düşüb.

Hesabat dövründə İKZF-yə dövlətbüdcəsindənayrılmış vəsaitisə 20% azalaraq 80 milyon manat olub.

©Report

Son xəbərlər
Digər xəbərlər