15 C
Baku
Sunday, November 24, 2024

“Məzunlarımızın 98%-i attestasiyadan keçir”

Bizim bu dəfəki müsahibimiz “İnternational Consulting Company”nin rəhbəri Ramin Bayramovdur. İlk olaraq, bu şirkətin iş fəaliyyəti haqqında qısaca məlumat verək. 2007-ci ilin oktyabr ayından “ZX Banking Trainings” bank təlim proqramı yaradılmış, bu proqram əsasında müxtəlif tədris mərkəzlərində təlimlər aparılmışdır. 21 aprel 2017-ci il tarixində şirkətin nizamnaməsinə dəyişiklik olduqdan sonra, “İnternational Consulting Company” MMC adı altında fəaliyyətini davam etdirir. Şirkət əsasən bank təlimləri və attestasiyalara hazırlıq sahəsi üzrə ixtisaslaşıb.

İndi isə Banker.az “İnternational Consulting Company”nin rəhbəri Ramin Bayramov ilə müsahibəni təqdim edir.

  • Ramin bəy, bizdə olan məlumata görə, Azərbaycan bank bazarında müxtəlif vəzifələr üzrə attestasiyaya hazırlıq üçün, demək olar ki, yeganə mərkəzə rəhbərlik edirsiniz. Belə bir işə başlamaq fikrinə necə gəldiniz?

Bu sahəyə gəlməyim həm bank sektorunda kifayət qədər təcrübəmin olması, həm də pedoqoji fəaliyyətə olan marağım ilə əlaqədar olub. Hələ gənc yaşlarımdan bankda işləmək mənim arzum olub. Banklarda həm kredit sahəsində, həm təlim-tədris işlərinin aparılmasında, həm də filial müdiri vəzifələrində çalışmışam. Bank işi ilə bərabər tədris işinidə sevdiyimdən, universitetlərdən mənə dərs deməklə bağlı gələn təklifləri də dəyərləndirmək qərarına gəlmişdim. Beləliklə, bankla bərabər olaraq bir neçə universitetdə dərs deyirdim. Son dövrlərdə də bu fəaliyyətimi davam etdirirəm, lakin daha çox magistr pillələri üzrə tədrisə üstünlük verirəm. Bir müddət sonra artıq bank sektorunda yığdığım təcrübə , həmçinin tədrisə olan marağım məni, təbii olaraq, bu sahəyə gətirdi. 2011-ci ildən mən fərdi olaraq filial müdirlərini  attestasiyaya hazırlayırdım, lakin proses ləng gedirdi və genişlənmək imkanları məhdud idi. 2015-ci ildən sonra hazırda işlədiyim bankda vəzifəmin dəyişməsi və həmçinin rəhbərliyin mənə müəyyən şərait yaratması ilə mən artıq  hüquqi şəxs statusunda kurslarımızı genişləndirmək qərarını verdim. İndi əvvəlki il ilə müqayisədə inkişaf sürətimiz xeyli artıb. Hazırda bu layihə üzərində işləyən komandamız artıq formalaşıb. Məndən başqa təlimlərin keçirilməsinə dəstək olan komanda üzvlərinin olması da mənim daha çox strateji məsələlərə konsentrasiya olmağıma şərait yaradır.

  • Hansı sahələr üzrə attestasiyaya hazırlıqları tədris edirsiniz?

78411264 2806526259410348 6059952430907392000 nBank sektorunda, demək olar ki, bütün sahələr üzrə attestasiyaya hazırlıqları aparırıq. Bura həm İdarə heyətinin üzvlərinin attestasiyayası, həm filial müdirləri, həm baş mühasiblər, həm də auditorların hazırlıqları daxildir. Müəyyən mövzular var ki, təbii olaraq, adları yuxarıda qeyd olunan sahələr üzrə eyni ola bilər, lakin sahədən asılı olaraq spesifik mövzularda təlim proqramı fərqli olur.

  • Azərbaycanda bank sektorunun filialları həm Bakı və Sumqayıt, həm də regionlarda geniş yayılıb. Region filialları bu təlimlərdə necə iştirak edirlər?

Bakı və Bakıya yaxın ərazilərdə yaşayan şəxslər təlimlərdə iş saatlarından sonra iştirak edə bilər. Regionlardan olan şəxslərin bəziləri Bakıya gəlmək imkanları olmadığından bəzən distant təlimlərdə iştirak edirlər. Lakin təlimlərdə iştirak etməyin daha çox effektli olmasını nəzərə alaraq, region filiallarından gələn şəxslər üçün həftə sonları təlimlər təşkil edirik ki, onlar gəlib iştirak edə bilsinlər.

  • Attestasiyaya hazırlaşan şəxslərin imtahanlardan keçmə statistikasını bölüşə bilərsinizmi?

Nəticələrimiz bazar üçün düşünürəm ki, çox yaxşıdır. Attestasiyaya hazırlıq təlimimizi keçən 140 nəfərdən 135 nəfəri birinci mərhələdən, 3 nəfər isə ikinci mərhələdən müsbət nəticələr göstərə bilmişdirlər. Bəzən bu rəqəmləri bildirən zaman çox insan bu rəqəmlərin reallığına inanmır. Lakin belə şəxsləri biz ən azı bir dəfə təlimlərimizdə iştiraka dəvət edirik və bir müddət sonra o şəxsin fikirləri tamam dəyişir. Çünki təlimlər zamanı bizim birinci prinsipimiz keyfiyyətdir. Biz çalışırıq ki, iştirakçılara təlim keçib vidalaşmayaq, keçirilmiş məlumatların onlar tərəfindən qavranılmasına da nəzarət edək. Əgər materiallar mənimsənilməyibsə, o zaman həmin şəxsə hansısa digər məlumatın çatdırılması metodundan istifadə edirik. Keyfiyyətli işi təmin etmək üçün, təbii ki, təlimçilər çox vacibdir. Elə təlimçi var ki, çox savadlıdır, lakin pedoqoji vərdişləri çox zəifdir. Həmçinin təlim zamanı öyrənməyə meyilli olmayan, materialı qavramaq istəməyən şəxslərlə də bağlı müəyyən sanksiyalarımız olur ki, bu da öz növbəsində komanda işinə, tədris olunan materialların tam qavranılması keyfiyyətinə də öz təsirini göstərir.

  • Ramin bəy, gələcəkdə hansı sahələr üzrə inkişaf nəzərdə tutursunuz?

Gələcək dövrdə istəyirik ki, banklar və BOKT-larda əməkdaşların həm diaqnostik qiymətləndirilməsi, həm də attestasiyası xidmətimizi daha da genişləndirək. Düşünürük ki, bu sahədə müəyyən tələb vardır. Artıq bir neçə banklarla bu sahədə işə başlamışıq və gələcəkdə bu sahəni daha da genişləndirmək niyyətimiz vardır. Bu sahədə işlədəyimiz banklarda sahəvi təlimlər aparmışıq və sonra materialların mənimsənilməsinə dair diaqnostik attestasiya keçirmişik. Misal üçün, “əməliyyatçı nələri bilməlidir” sahəsi üzrə diaqnostik qiymətləndirilmə aparılır, sonra isə həmin diaqnostik qiymətləndirilmənin nəticələrindən asılı olaraq optimal təlim planı müəyyən edilir, yekunda işçilərin attestasiyası keçirildikdən sonra ilkin diaqnostik qiymətləndirilmə ilə müqayisə aparılır.

Son xəbərlər
Digər xəbərlər