“Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) bu günə qədər 3 000-dən artıq qurumu akkreditasiyadan keçirib”.
Bunu AzAK-ın direktoru Namiq Əliyev Azərbaycan Turizm Bürosunun (Büro) baş icraçı direktoru Florian Zenqstşmidlə görüşdə deyib.
Bununla belə, onun sözlərinə görə, həmin qurumlar arasında turizm sahəsində fəaliyyət göstərəni yoxdur.
“AzAK bu ilin oktyabr ayına qədər tvinninq layihəsi həyata keçirib. Hazırda Mərkəz işini Avropa standartlarına uyğun qurur”, – deyə N.Əliyev əlavə edib.
Görüşün sonunda AzAK Büroya hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı verib
©Report