“İnvest-Az İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 654 360 manat və yaxud 40,9% artıraraq 1 600 230manatdan 2 254 590 manata çatdırıb.
Kapital artımı “İnvest-AZ”ın dövriyyədə olan 1 230ədəd adi səhminin nominal dəyərinin 1 301 manatdan 1 833 manata çatdırılması hesabına baş tutub.
Başqa sözlə, investisiya şirkətinin səhmdarlarının pay bölgüsündə dəyişiklik olmayıb.
Xatırladaq ki, hazırda “İnvest-AZ”ın səhmlərinin 73,98%-i Elşən Quliyevə, 26,02%-i isə Ceyhun Abdullayevə məxsusdur. Report.az