ABŞ rəsmiləri ölkə iqtisadiyyatının əla vəziyyətsə olduğunu, qlobal enişin isə sona çatdığını söyləyirlər. Eyni zamanda mərkəzi banklar elə davranırlar ki, sanki dünya maliyyə sistemi çöküş ərəfəsindədir.
Dünyada və iqtisadiyyatda maraqlı hadisələr cərəyan edir. Donald Tramp qeyd edir ki, ABŞ iqtisadiyyatının ən güclü olduğu dövrünü yaşayır, dünyanın ən böyük banklarının strateqləri, iqtisadçıları və rəsmiləri qlobal iqtisadiyyatın hər an bərpa olmağa başlayacağını təkrarlamağa davam edirlər. Bununla birlikdə medalın başqa bir tərəfi də var.
Müstəqil ekspertlər bunu daha əvvəl də qeyd etmişdilər, “Convoy Investments” da ABŞ iqtisadiyyatının güman ki, durmadan böyüdüyünə diqqət çəkilmişdi.
Siyasətçilər üçün ABŞ fond indekslərinin sürətli böyüməsini əla tonda təsvir etdikləri iqtisadiyyatın vəziyyəti ilə izah etmək çox rahatdır.
Əslində isə FED-in balans hesabatının genişlənməsi maliyyə bazarında əsas hərəkətverici qüvvədir.
Bəzi müşahidəçilər aydın görünən korrelyasiyanı müəyyən ediblər, buna görə S&P indeksi FED balansının artdığı zaman hər həftə artır və balans azaldıqca azalır.
Xatırladaq ki, FED-in sədri Jerome Powell tərəfindən QE-nin işə salınması bankların ehtiyaclarının artırılmasının və REPO bazarının normal fəaliyyətinin bərpa edilməsinin vacibliyini izah edib.
Lakin ümumi mənzərə təəccübləndirir: əgər FED bu məsələnin həllinə başlayıbsa, bu qarşıdan REPO bazarı ilə məhdudlaşmayacaq genişmiqyaslı böhranın gəldiyinin işarəsi ola bilərmi?
“Bank of Amerika” nın əməkdaşı Michael Hartnett qeyd edir ki, qlobal pul siyasəti 2018-ci ildə kəmiyyət sərtləşdirilməsindən aqressiv kəmiyyət yumşaldılmasına keçib – bunlar maliyyə böhranı sonrası yumşalma siyasətinin ən yüksək artım templəridir.
Lakin 2008-2009-cu illərdə mərkəzi bankların əlində obyektiv səbəb var idi: bütün dünya uçuruma gedirdi. “Lehmann Brothers” bankının çöküşündən sonra maliyyə sistemi təhlükə altında idi.
İndi belə bir təhlükə yoxdur, hətta rəsmilərin və iqtisadçıların açıqlamalarına görə, qlobal iqtisadiyyat sürətlə böyüyür və canlanmağa hazırlaşır.
Bəs niyə mərkəzi banklar özlərini elə aparırlar ki, sanki dünya iqtisadiyyatını tarixin ən güclü böhranlarından biri gözləyir?
Keçən Milad dövründə mərkəzi banklar təxminən 400 milyard dollar çap edib, FED və Avropa Bankı balanslarını gələn il daha 600 milyard dollar artırmaq niyyətindədirlər.