Bakı şəhəri, Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın davam edərkən oğurluq hadisəsi baş verib.
Banker.az Report agentliyinə istinadən xəbər verir ki, oğurluğa görə 3 nəfər saxlanılıb.
Qeyd edək ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub.
Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.