14 C
Baku
Saturday, November 23, 2024

“Xalq Bank”da 27 yaşlı gənc departament rəhbəri oldu

ASC “Xalq” bankının Biznesin inkişafı İdarəsininə rəisi vəzifəsinə müvəqqəti [digər bank strukturlarında bu departament sayılır]  idarəedici təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə “Xalq Bank”ın kadrı olan 27 yaşlı gənc Tural Əli oğlu Qulubəyli təyin edilib.

Qulubəyli buna qədər adıçəkilən idarənin rəisinin vəzifəsini müvəqqəti icraedicisi sayılırdı. Artıq vəzifə icrasına bu aydan başlayıb.

T.Qulubəyli 26.01.1992-ci ildə anadan olub və ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bitirib.

“Xalq Bank”da iş karyerasına 2015-ci ildə Biznessin inkişafı idarəsində mütəxəssis kimi başlayıb, 2018-ci ildən sonra isə şöbə müdri vəzifəsinə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər