Xarici vətəndaşların icbari tibbi sığorta xidmətlərindən istifadə edib-etməyəcəyinə aydınlıq gətirilib.
Banker.az xəbər verir ki, icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, icbari tibbi sığorta xidmətləri xarici vətəndaşlara şamil edilmir:
“Xarici vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilmirlər. Bu, yalnız Azərbaycan vətəndaşlarına aiddir. Amma müəyyən qrup insana miqrasiya xidməti üçün icazə verilibsə, onlar icbari tibbi sığorta xidmətlərindən istifadə edə biləcək”.