Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 12-də “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsinin əsasında “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsi yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.