1 C
Baku
Saturday, December 14, 2024

“Yevlax Elektrik Təmir – Tikinti” ASC əmlakının bir hissəsini icarəyə verir

28 fevral 2020-ci il tarixində “Yevlax Elektrik Təmir – Tikinti” ASC  səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Gündəlikdəki məsələlər  2019-cu ilin maliyyə -təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabat, Cəmiyyətin əmlakının bir hissəsinin icarəyə verilməsinə dair müqavilənin təsdiqi, təşkilati məsələlər (müşahidə şurasının, idarə heyətinin üzvlərinin və daxili auditin seçilməsi) və digər məsələlər daxildir.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir.

Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1/12 nömrəli ünvanda, “Lara” otelin konfrans zalında keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər