İnsanın həyatı müxtəlif hadisələrlə zəngindir və ənənəvi olaraq, bütün bu hadisələr cəmiyyət içində həmişə müzakirə olunur. Yaşlılar başqalarının qeybətini qıraraq, onları tənqid etməyə çalışırlar, lakin bunun yerinə özlərini müşahidə edə və həyatlarında olan xoşagəlməz şeyləri dəyişdirə bilərlər.
Davranışınıza və düşüncə tərzinizə nəzarət etmək vacibdir, çünki bu, öz zəif cəhətlərinizi müəyyən etməyə və aradan qaldırılmağa imkan verir. “Amazon” şirkətinin qurucusu Jeff Bezos qeyd edir ki, insan zəif cəhətlərini aradan qaldırmaq deyil, güclü tərəflərinin inkişaf etdirilməsi haqqında düşünməlidir. Bunu etmək üçün sizə yenə də özünüzü müşahidə etməyiniz lazım olacaq.
Müşahidəçi prizmasından siz həyatın hansı tərəflərini dəyişdirmək lazım olduğunu başa düşə bilərsiniz, çünki hər hansısa problemi həll etməyə başlamazdan əvvəl onu müəyyən etməyiniz lazımdır.
Bu nəinki həftələr, aylar və hətta illər çəkə bilər – hər şey özünüzü tənqid etmək qabiliyyətinizdən asılıdır. Əsas odur ki, israrlı və diqqətli olasınız, zaman keçdikcə əvvəllər heç ağlınıza gəlməyən nəticələrə gələ bilərsiniz.
Qorxmayın, qohumlarınız və dostlarınız ilə bölüşməyə utanmayın, və nəticədə daha sürətli inkişaf edə biləcəksiniz.
Özünüzü müşahidə etməyiniz, şəxsi inkişafınız üçün nə etməli olduğunuzu daha yaxşı başa düşməyə imkan verir. Bu vacibdir.
Sınaqlar keçirin
Sizin məqsədləriniz hər şeydən əvvəl sadəcə fikirlərdir. Enerjinizi və vaxtınızı mükəmməl bir şeyin yaradılmasına sərf etməyin, çünki bu effektsizdir və sizi uğurdan daha da uzaqlaşdırır.
İdeyalarınızı dərhal sınamağa başlayın, təcrübələr keçirin. Unutmayın ki, nəyinsə işləyib-işləmədiyini yoxlamağın tək yolu budur. Hərəkətlərinizi analiz edərək, səhvlərə baxın, onları yoxlayın.
Etdiyiniz sınaq və səhvləriniz nəticəsində əldə edəcəyiniz məlumat, fikrinizin yaxşı olub-olmadığını və ya yanaşmanızı dəyişdirməyiniz lazım olduğunu öyrənməyə imkan verəcəkdir. Sonra isə səylərinizi hansı istiqamətdə yönəldəcəyinizi başa düşə və ümumiyyətlə “Bunu etməyə dəyərmi?” sualına cavab verə biləcəksiniz. Sadəcə düşünsəniz, bunu heç vaxt bilməyəcəksiniz – mütləq hərəkət etməlisiniz.
Məsələn, Tomas Edison hamımızın tanıdığımız işığı icad etmədən əvvəl 1000-dən çox uğursuz cəhd etdi. Bir şey haqqında çox düşünsəniz və heç bir şey etməsəniz, tezliklə həvəsdən düşəcəksiniz və ideyanızı sınamadığınıza məyus olacaqsınız.
Buna görə dostlar, çox düşünməyin və bütün nüansları qabaqcadan görməyə çalışmayın – bu mümkün deyil. Əlinizə fürsət düşən kimi onları təcrübədə yoxlayın, uzatmayın!