7 C
Baku
Thursday, January 16, 2025

Günün ideal planlaşdırılması

Nəyə görə əksər insanlar hər şeyi vaxtında çatdırdığı halda, digər insanlar işlə yüklənərək gərginləşir? Effektivliyə aparan əsas yol – günün düzgün şəkildə planlaşdırılmasıdır.

Bir çox ekspertlər tez-tez bir-birilərinə zidd olsa da, məhsuldarlığın artırılması üçün çoxsaylı məsləhət verirlər. Jurnalist Erik Beyker uğur qazanmış insanlarla müsahibə aparmış və bütün işləri vaxtında çatdırmaq üçün bəzi prinsipləri təyin etmişdir. Onun müşahidələrinə əsasən, əsas olan vacib tapşırıqları onlara xərclənən enerji ilə uyğunlaşdırmağı bacarmaqdır.

Araşdırmaçı Lora Vanderkam uğurlu insanların iş qrafikini araşdırmış və müəyyən etmişdir ki, bütün bu insanların bir ortaq cəhəti var. Belə insanlar çox vaxt tez oyanır və hər səhər demək olar ki, eyni şeyləri təkrar edirlər. Ümumilikdə səhər oyandıqda gələcəkdə hansı məqsədlərə çatacağınızı düşünmək daha çox məsləhətdir. Bu vərdiş iş qrafikini qəbul etmək və diqqəti vacib şeylərə yönəltməyə kömək edir.

İşçilər işə gələrkən vacib tapşırıqları sonraya təxirə salaraq təcili məktubları oxumağa və yaxud həftə sonunu necə keçirdiklərini iş yoldaşları ilə müzakirə etməyə başlayırlar. Tədqiqatçıların fikrincə, oyandıqdan 2-4 saat sonra beyin daha məhsuldar şəkildə işləyir. O zaman bu vaxtı nəyə görə boş şeylərə israf edəsiniz?! Bu səbəbdən də işə gəldikdə ilk olaraq işinizi yerinə yetirin.

Nahar fasiləsindən sonra yenidən işə başlamaq çətindir. İşə geri dönmək üçün səhər yerinə yetirdiyiniz ritualı təkrarlaya bilərsiniz. Bu zaman artıq yerinə yetirdiyiniz işlər barədə düşünün. Öz həllini tapmış problem və tapşırıqlar ən yaxşı motivator rolunu oynayacaq.

Time-menecment üzrə mütəxəssis olan Tim Ferris şam yeməyindən öncə sabah etməli olduğunuz işlərin siyahısını yazmağı məsləhət görür. Bundan sonra isə işdən uzaqlaşmaq və dincəlmək lazımdır. Lakin bu o demək deyil ki, bütün axşamı televizor qarşısında oturaraq keçirməlisiniz. Dostlarla görüşmək, idman zalına getmək və sevdiyiniz hobbi ilə məşğul olmaq gücünüzü yenidən bərpa etməyə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər