13 C
Baku
Friday, November 22, 2024

“Premium Bank”ın kiçilməsi ilə yanaşı xalis mənfəəti də azalıb

“Premium Bank” ASC 2019-cu il üzrə 38,23 milyon manatlıq faiz gəliri, 12,87 milyon manat faiz xərci, 21,19 milyon manat qeyri-faiz gəliri və 33,54 milyon manatlıq qeyri-faiz xərci edib.

Banker.az bankın hesabatına istinadən xəbər verir ki, bu da bankın  12,98 milyon manatlıq əməliyyat mənfəət əldə etməsi deməkdir. Kommersiya bankı ötən il ərzində 1,77 milyon manat zərərli ehtiyatlar üzrə ayırmalara  və 2,34 milyon manat isə mənfəət üzrə vergi ödəməli olub ki, bu da illik 8,87 milyon manatlıq xalis mənfəət etməsi deməkdir. Məlumat üçün bildirək ki, ötən il üzrə 9,27 milyon manatlıq problemli kreditlərin geri qayıtması hesabına bankın xalis mənfəəti 16 milyon manatı vurub keçmişdi.

“Premium Bank”da xalis mənfəətlə bərabər aktivlərində də kiçilmə baş verib. Belə ki, bankın xalis aktivləri ötən il üzrə 1%-ə qədər kiçilməklə 642,46 milyona düşüb. Kiçilmənin əsas səbəbi müştərilərə verilmiş kreditlərin  21 milyonluq ərimədən sonra 562,32 milyona düşməsi olub. Ümumiyyətlə bankın kredit portfelindəki hər növ üzrə – istehlak, biznes və əmlak kreditlərində kiçilmə baş vermişdir.

Bankın öhdəlikləri isə, əksinə, böyüyüb. Buna səbəb ümumi olaraq fiziki şəxslərdənsə (369,93 mln. AZN) daha çox hüquqi şəxslərin ( 100,92 mln. AZN) depozitlərdə maraqlı olmasıdır.

Hazırda bankın cəmi kapitalı isə 127,97 milyon manat təşkil edir.

876

Son xəbərlər
Digər xəbərlər