2 C
Baku
Saturday, December 14, 2024

Son 14 gün ərzində Çinə səfər etmiş şəxslər ABŞ-a buraxılmayacaq

ABŞ son 14 gün ərzində Çinə səfər etmiş amerikalılara məhdudiyyətlər, əcnəbilərin ölkəyə girişinə isə qadağa qoyur.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: “ABŞ-a gələcəkləri vaxtdan başlayaraq son 14 gün ərzində Çinə səfər edən xarici vətəndaşların ölkəyə girişinə icazə verilməyəcək”.

Qeyd edilir ki, ABŞ-da yaxın qohumları olanlar, ABŞ-da yaşayanlar və uçuş heyətlərinin üzvləri üçün istisnalar olacaq.

Son 14 gün ərzində Hubeydə olan ABŞ vətəndaşları isə ölkəyə döndüklərində 14 gün məcburi karantinə qalmalı olacaqlar.

©Trend

Son xəbərlər
Digər xəbərlər