2019-cu ilin sonunda Azərbaycan iqtisadiyyatına kredit təşkilatlarının cəmi kredit qoyuluşları 15,30 milyard manat təşkil edib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
2018-ci ilin sonunda isə Azərbaycan iqtisadiyyatına kredit təşkilatlarının kredit qoyuluşu 13,02 milyard manat olub. Belə ki, 2019-ci ildə kredit təşkilatlarının kredit qoyuluşu 17,5% artıb.
Dövrün sonunda kredit qoyuluşlarının 2,56 milyard manatı dövlət banklarının, 12,34 milyard manatı özəl bankların, 397.2 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə dövlət banklarının kredit qoyuluşu 22%, özəl bankların 9,2%, qeyri-bank kredit təşkilatlarının isə 1,2% artıb.
2019-cu ildə dövlət banklarının cəmi kredit qoyuluşunda payı 16,7 %-i (2018-ci il 16,1%), özəl bankların 80,7% (2018-ci il 80,9%) və qeyri-bank kredit təşkilatlarının isə payı 2,6% (2018-ci il 3%) təşkil edib. Belə ki, özəl və qeyri-bank təşkilatlarının kredit qoyuluşunda payı azalmış, dövlət bankının isə artmışdır.