17 C
Baku
Thursday, October 31, 2024

Azərbaycanda 145 yeni bankomat quraşdırılıb

Azərbaycanda 2019-cu ilin dekabr ayı ərzində POS-terminalların ümumi sayı noyabr ayı ilə müqayisədə 2% və ya 1 178 ədəd artaraq 67 468 ədəd təşkil edib. 

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2018-ci ilin sonunda isə POS-terminalların ümumi sayı 66 110 ədəd təşkil edib. Belə ki, illik müqayisədə 2019-cu ildə pos-terminalların sayı 1 358 ədəd çoxalıb.

2019-cu ilin dekabrında ölkədə mövcud olan POS-terminallların 65 971 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə POS-terminalların sayında 1 130 ədəd artım deməkdir.

POS-terminalların 40 898 ədədi Bakıda, 26 570 ədədi isə regionlarda quraşdırılıb.

2019-ci ilin sonunda Azərbaycanda banklar tərəfindən 2 647 ədəd bankomat quraşdırılıb ki, bu da 2018-ci ilin sonuna nisbətən 145 ədəd və ya 6% çoxdur.

Dekabr ayında Bakıda 1421 ədəd (noyabr ayı ilə müqayisədə 9 ədəd artım), bölgələrdə 1226 ədəd (11 ədəd artım) bankomat quraşdırılıb.

Son xəbərlər
Digər xəbərlər