23 C
Baku
Wednesday, May 7, 2025

Jak İv Kusto – “sualtı kral”

Jak İv Kusto 11 iyun 1910-cu ildə Fransanın Saint-André-de-Kyubzak şəhərində (Bordo regionu) dünyaya gəlib. İlk olaraq internatda təhsil almış, daha sonradan hərbi-dəniz akademiyasını bitirmiş, Şanxayda dəniz bazasında xidmət edib. “Sualtı kral” 25 iyun 1997-ci ildə Parisdə dünyasını dəyişib.

Bəs onun əsas nailiyyətləri nədən ibarət idi:

Akvalanqı sınaqdan keçirib:

1943-cü ilin səhəri. Kusto Fransanın Bandol şəhərinin vağzalına gəlir. Hər yerdə italyan əsgərləri var. Bu zaman Fransa mühasirədə idi və azad olmağına 1 il qalırdı. Qatarda Kustoya bir bağlama gətirirlər. Bu içərisində suyun altında rahat nəfəs almaq və sərbəst üzmək üçün xüsusi cihaz olan taxta qutu var idi. O bu ixtira üzərində mühəndis Emile Gagnan ilə birgə işləyirdi. Bundan bir neçə 10 il keçəcək və hər kəs istirahət mərkəzlərində bu cihazdan istifadə edəcəkdi. Lakin o illərdə bu fantastik bir şey idi. Bütün dünyada müharibə hökm sürdüyü bir vaxtda fransız Kusto insanlıq üçün yeni bir cihaz olan akvalanqı sınaqdan keçirirdi.

Diqqətlə dəniz heyvanlarını seyr edirdi:

Fransız uzun müddət dəniz heyvanlarını, sualtı aləmi izləyirdi. 1950-ci illərdə Kusto ilk dəfə “Kalipso” adlı ekspedisiya gəmisinə sahib olur. O bu zaman bir çox şeylərə nail olur. Məsələn, su altı aləmi dərindən kəşf edir, kilometrlərlə dərinliyə səs siqnalları göndərir və onların necə əsk olunmaqlarını izləyir.

Sualtı aləmi daha da populyar edib:

27 mart 1957-ci il. Hollivud, “Pantaj” teatrının binası. Tamaşaçılar sanki heyrət içərisində ayaq üstə dayanaraq alqışlayırdılar. Bu zaman “Oscar” mükafatının təqdim edilməsi çərçivəsində Jak İv Kustonun “Səssiz dünya” filmi təqdim edilirdi. O bu filmi iki il ərzində su altında çəkmişdi. “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Oscar” mükafatı Fransaya gedir.

İlk olaraq yeni texnologiyaları sınaqdan keçirib

Sualtı “flash”, sukeçirməz foto və videokameranın yaradılması zamanı o Massaçusets texnoloji institutundan olan amerikalı alim Harold Edcerton ilə əməkdaşlıq etmişdir. 1953-cü ildə o bu alimi öz sualtı yenilikləri ilə “yoluşdurmuşdu” ki, o ömrünün sonuna kimi onunla ekspedisiyalara yollanmış və yenilikləri sınaqdan keçirmişdir. Harold sonuncu dəfə 1985-ci ildə fransızla üzmüşdü. Bu zaman onun 82 yaşı var idi.

Son xəbərlər
Digər xəbərlər