17 C
Baku
Thursday, October 31, 2024

Əbu-Dabidə unikal park açılıb – Foto

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında “Jubail Mangrove Park” – maraqlı manqra gəzinti parkının çoxdan gözlənilən açılışı olub.

Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinə istinadla xəbər verir ki, “Al Jubail Island” adasında (Yas və Saadiyat adaları arasında) parkın ümumi sahəsi 1 milyon kvadratmetrdir. Manqra cəngəllikləri içərisində su üzərindən burada 3 marşrut salınıb: ən uzun marşrut 2 kilometr, ən qısası isə 1 kilometr təşkil edir. Park gəzinti üçün səhər saat 9.00-dan axşam 18.30-dək açıq olur. Hazırda parka giriş pulsuzdur. Gəzintinin müddəti təxminən 35-40 dəqiqə davam edir.

Park suda üzən quşlar üçün genişdir, təmiz suda balıq və yengəclərə tamaşa etmək mümkündür. Parkın işçiləri ziyarətçilərə onun “sakinləri” barədə məlumat verməyə daim hazırdırlar. Parkda yemək, balıq tutmaq və zibil atmaq qadağandır.

Parkın yolu 6 maarifləndirmə seksiyasına ayrılıb. Məsələn, torlu üzən platforma dəniz flora və faunasını düz ayaq altında müşahidə etməyə imkan verir. Baxış qülləsindən gözəl fotoşəkillər çəkmək və ya çimərlik platformasında suda gəzinti mümkündür. Manqra parkında kayakinqlə məşğul ola bilərsiniz. Tezliklə park uşaq və ekskursiya qruplarını da qəbul edəcək. Layihə BƏƏ paytaxtında ekoturizmin inkişafına istiqamətləndirilib.

park

Azərtac

Son xəbərlər
Digər xəbərlər