ABŞ senatı Trampın impiçment məsələsi ilə bağlı bəraət hökmünü çıxarıb və ona qarşı irəli sürülən ittihamlarda günahkar olmadığını bildirib.
Banker.az xəbər verir ki, bu haqda “Reuters” xəbər agentliyi məlumat verib.
Qeyd edildiyi kimi, senatın 52 üzvü Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamında günahsız olduğunu bildirib. Demokratlardan heç biri (47 senator) bəraət hökmünə səs verməyib.
Xatırladaq ki, Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskiyə təzyiq göstərməkdə və siyasi rəqibi Co Baydenə qarşı gizli araşdırma aparmaqda ittiham edilmişdir.
İmpiçment məsələsi ilə bağlı məhkəmə prosesi yanvarın 21-də başlanmışdı.






