Çin ABŞ-dan idxal olunan 75 milyard dollar dəyərində mallara rüsumları iki dəfə azaltdığını bildirib. Dəyişikliklər fevralın 14-ü qüvvəyə minəcək.
Banker.az xəbər verir ki, bu haqda Çinin Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Qeyd edildiyi kimi, Çin ABŞ-dan idxal etdiyi bəzi mallara tətbiq etdiyi rüsumları 10%-dan 5%-dək, digərlərinə isə 5%-dan 2,5%-dək azaldacaq.
Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu addım Çin və ABŞ arasında “sağlam və sabit ticarət münasibətlərinin inkişaf etdirilməsinə kömək edəcək”.
Xatırladaq ki, daha əvvəl yanvarın 15-də Çin və ABŞ arasında ticarət sazişinin birinci mərhələsi bağlanmışdır. Sənəd Donald Tramp və ÇXR Dövlət Şurasının nümayəndəsi Lu He tərəfindən imzalanıb.
Müqavilə çərçivəsində Çin yaxın iki il ərzində ABŞ-dan 200 milyard dollardan çox olan amerikan mallarını alacaq. Müqavilə əsasən sənaye və kənd təsərrüfatı məhsullarına şamil edilib.






