19 C
Baku
Sunday, October 13, 2024

Fed kriptovalyutasını dövriyyəyə buraxacaq

ABŞ-ın Federal Ehtiyyat Sistemi (FED) kriptovalyutasını dövriyyəyə buraxmaq üçün bu sahədə vəziyyəti araşdırır.

“Reuters” agentliyi xəbər verir ki, bunu FED-in İdarə Heyətinin üzvü Layel Breinard deyib.

“Ödəmələr prosesini rəqəmsallaşdırmaqla aşağı qiymətlə daha çox və rahat əməliyyat aparmaq olar. Ancaq “Facebook”un “Libra”layihəsi kim, maliyyə sisteminin tənzimləmələrindən kənar qurumlar və kriptovalyutalar qanunsuz maliyyələşdirmə, gizlilik, maliyyə sabitliyi və pul siyasətinin işləkliyi kimi sahələrdə çətinlik yarada bilər” – deyə, o bildirib.

FED-in 24 saat işləyəcək ani ödəmə xidməti üzərində çalışdığını deyən L.Breinard ötən il bu sahədə təqribən 200 dizaynı araşdırdıqlarını bildirib.

©Report

Son xəbərlər
Digər xəbərlər