22 C
Baku
Friday, September 20, 2024

Türkiyəli iş adamının Azərbaycanda yaratdığı filial ləğv olunub

Türk şirkətinin Azərbaycandakı filialı ləğv olunub.

Banker.az xəbər verir ki, “Ayson Geoteknik ve Deniz İnşaat Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1048 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Abbasqulubəy Şadlinski küçəsi, ev 24S ünvanına bildirə bilərlər.

Bildirək ki, bu şirkətin filialı 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Filialın qanuni təmsilçisi Ayhan Keskinkılınç adlı şəxsdir.

1972-ci ildən bəri fəaliyyət göstərən “Ayson Geoteknik ve Deniz İnşaat Anonim” şirkəti geotexnika işləri, tunellər, magistral yollar, körpülər, bəndlər, suvarma qurğuları, hava limanları, metro inşaatları kimi layihələrdə Türkiyədə və digər ölkələrdə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər