Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,976 milyard ABŞ dolları və yaxud 1,9% azalaraq 102,376 milyard dollara enib.

Bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 27,52 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 680 milyon dollar və yaxud 2,5% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,656 milyon dollar və yaxud 3,4% azalaraq 74,856 milyard dollar təşkil edib.

©Report

Son xəbərlər
Digər xəbərlər