ABŞ-ın Brenson şəhərində (Missuri ştatı) yerləşən “Titanic Museum Attraction” muzeyində batmış “Titanik” gəmisində tapılan skripkanı nümayiş etdiriblər.
“Ozarksfirst” xəbər verir ki, bu skripka 1912-ci ildə “Titanik”də həlak olan britaniyalı musiqiçi Uolles Hartlinin skripkasıdır.
Musiqi aləti auksiyonda 1,7 milyon dollara satılmışdı.
Bu “Titanik”dən tapılan hansısa bir əşyaya görə verilən ən böyük məbləğ olub.
©Oxu.az