-1 C
Baku
Sunday, December 15, 2024

“Azpetrol” Kürdəmirdə yeni yanacaqdoldurma məntəqəsini açıb

“Azpetrol” şirkəti Kürdəmir rayonunda özünün sayca 92-ci “Kürdəmir-ASAN” yanacaqdoldurma məntəqəsini (YDM) açıb. Bu “Azpetrol”un Kürdəmir rayonunda 2-ci yanacaqdoldurma məntəqəsidir.

Şirkətdən verilən məlumata görə, yeni “Kürdəmir – ASAN” YDM-i “Azpetrol ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədov və şirkətin digər əməkdaşlarının iştirakı ilə açılıb.

“Kürdəmir-ASAN” YDM-də həmçinin elektromobillərin enerji ilə doldurulması üçün cihaz da quraşdırılıb.

Şirkətin Baş direktoru yeni YDM-in açılışı münasibətilə “Azpetrol”un əməkdaşlarına və müştərilərə xeyir-dua verib.

Yeni məntəqənin istifadəyə verilməsi Kürdəmir rayonunda daimi, yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verildiyi prioritet məsələlərdən biridir.

Qeyd etmək lazımdır ki, istismara verilmiş yeni yanacaqdoldurma məntəqəsində 41 nəfər daimi işlə təmin edilib.

“Kürdəmir – ASAN” YDM – də həm də hər cür şəraiti olan, müştərilərin rahatlığını təmin edən “Azpetrol” şirkətinin sayca 8-ci müasir Moteli istismara verilib. Motel 18 otaqlı olmaq şərti ilə 36 nəfər qonağı qəbul edə bilir. Moteldə 6 nəfər (3 nəfər inzibatçı, 2 nəfər xadimə, 1 nəfər nəzarətçi ) daimi işlə təmin edilib.

Açılış mərasimindən sonra müştərilərə şirkət tərəfindən müxtəlif hədiyyələr verilib.

“Azpetrol” şirkəti özünün yanacaqdoldurma məntəqələr şəbəkəsini daha da genişləndirməsi üzrə işlər aparır.

Belə ki, şirkət Bakı şəhərinin Nizami rayonunda yeni yanacaqdoldurma məntəqəsi və “Hotel SPA & Fitnes” mərkəzinin tikintisini davam etdirir.

©Trend

Son xəbərlər
Digər xəbərlər