10 C
Baku
Wednesday, December 11, 2024

BƏƏ ərəb ölkələri arasında ilk olaraq atom elektrik stansiyasını işə salacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərəb ölkələri arasında ilk olaraq Barakah atom elektrik stansiyasını işə salacaq. Lisenziya “Nawah Energy Company” şirkətinə verilib.

Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, yeni AES gündə 5600 meqavat enerji istehsal edərək, BƏƏ-in enerji tələbatının təxminən 25%-ni ödəyəcək.

“Bu, BƏƏ üçün tarixi əhəmiyyəti olan bir hadisədir. Biz ərəb ölkələri arasında ilkik”, – BƏƏ-nin IAEA (International Atomic Energy Agency) təşkilatındakı daimi nümayəndəsi bildirir.

2019-cu ilin sentyabrında IAEA atom elektrik stansiyalarının fövqəladə hazırlıq sistemlərini öyrənmək missiyasını başa çatdırdı. BƏƏ hökumətinin tələbi ilə fövqəladə hallara hazırlıq yoxlaması (EPREV) keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər