Çinin Dövlət Şurasının yanında fəaliyyət göstərən Gömrük Tarifləri üzrə Komitəsi amerikan məhsullarının idxal rüsumlarından azad edilməsi üçün göndərilən müraciətləri qəbul etməyə başlayacaq.
Banker.az xəbər verir ki, bu haqda TASS xəbər agentliyi məlumat verir.
Qeyd edək ki, bu cür müraciətlər Çinin istənilən şirkəti tərəfindən göndərilə bilər. Komitə müəssisələrin müəyyən şərtlərə uyğunluğunu yoxladıqdan sonra bəzi amerikan malları idxal rüsumlarından azad edilə bilər.
İdxal rüsumlarından azad ediləcək mallara ət, soya, neft və s. daxildir. Müraciət martın 2-dən sonra göndərilə bilər.